Aparıcı Aytən Səfərova uzun fasilədən sonra yenidən “Xəbərlər” aparıcısı kimi efirə qayıdıb.

Axşam.az-ın məlumatına görə, o, “ATV olay”a aparıcılıq edir. Artıq ötən gündən Səfərova verilişdə tamaşaçı qarşısına çıxıb.

Qeyd edək ki, Aytən bir ildən çoxdur “Xəbərlər” aparmırdı. O, ötən mövsüm 106.3 FM-də çalışıb və “Xüsusi layihə” verilişinə aparıcılıq edib. Aytən ANS-də çalışdığı ərəfədə də “Xəbərlər” aparıcısı kimi tanınırdı.



                 

Digər Xəbərlər