Torontoda bir kafe işlədən Colli Muray adlı qadın Hollivud ulduzu Rayan Qoslinqi məkanına gətirtmək üçün maraqlı addım atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın aktyorun əlində kofe olan maketini hazırlayıb və kafeyə qoyub.

Məkana gələn hər kəs həmin maketlə foto çəkdirərək onu sosial şəbəkələrdə paylaşıb və Qoslinqi oraya dəvət edib.

Torontoya festivala gedən aktyor Coliyə sürpriz edərək kafesinə gedib. Rayanı qarşısında görən qadın şok olduğunu bildirib. O, ulduzla şəkil çəkdirərək sevincini sosial mediada paylaşıb.
 
 
 
 
 
 


                 

Digər Xəbərlər