Müğənni Nigar Camal uzun fasilədən sonra yeni mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, fərqli tərzə müraciət edən sənətçinin yeni işi “Səndən uzaq” adlanır. Nigarın ifası “Youtube” kanalında yerləşdirilib.

Müğənni işi ilə bağlı “İfamda daha çox dinamik mahnılar yer alır deyə, bu dəfə fərqli bir tərzə müraciət etmək istədim. Mahnıda indiyədək etmədiyim müəyyən azərbaycansayağı boğazlar var. Tamaşaçıların bəyənəcəyini umid edirəm” sözlərini deyib.

Bəstənin sözləri Fərid Pənahov, musiqisi isə Flaminque Recordsa aiddir.


                 

Digər Xəbərlər