Bahalı mikrofon, tac və yığılan pullar... - Xatirənin konserti baş tutdu

Bahalı mikrofon, tac və yığılan pullar... -  Xatirənin konserti baş tutdu
5608 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslamın uzun müddətdir hazırlaşdığı solo konserti ötən gün “Yaşıl Teatr”da baş tutub.

Axşam.az-ın məlumatına görə, sənətçi səhnəyə çıxmazdan əvvəl media nümayəndələri ilə görüşüb və sualları cavablandırıb. Xatirə bildirib ki, konserti şəhid Müşviq Orucovun ad gününə həsr edib:

“Sentyabrın 18-də bu məkanda başqa müğənninin konserti olacaqdı. Hətta reklamları da şəhərdə yayılmışdı. Mən isə çalışıb onun günün dəyişdirdim. Sentyabrın 18-nə çox konsert olsa da, imkan vermədim. Çünki konsertim şəhidimizin ad gününə həsr olunub”.

Gecənin aparıcılığı Saleh Bağırova həvalə edilib. 3 saata yaxın səhnədə olan Xatirə tamaşaçılarla söhbət edib, mahnılarını səsləndirib. O, müğənni Tunar Rəhmanoğlunu səhnəyə çağıraraq, onunla da duet oxuyub. Sənətçi mərhum aktrisa Xanım Qafarovanın qızını səhnəyə dəvət edərək, onunla söhbət edib. Gecəni izləməyə gələnlər arasında şou-biznes nümayəndələri də yer alıblar. Həyat yoldaşı Fəxrəddin bəy də tamaşaçılar sırasında yer alıb.

Tədbirdə M.Orucovun anası Aygün Orucovanı səhnəyə dəvət edən X.İslam ona söz verib. Xatirə deyib ki, konsertdən gələn gəlirlə şəhidin adına bulaq tikdirəcək:

“Bilirdim ki, bu, sizin arzunuzdur. Komandamla qərara gəldik ki, konsertimdən əldə edəcəyimiz pulla bulaq tikdirək”.

Konsert boyunca ifaçıya gələn hədiyyələrin də ardı-arası kəsilməyib. Belə ki, Xatirəyə gecədə bahalı mikrofon, tac bağışlayıblar.

Tədbirin sonunda isə atəşfəşanlıq olub.

Foto: İlqam CƏBİYEV