Dima Bilan avtomobil qəzası keçirdi

Dima Bilan avtomobil qəzası keçirdi
560 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Dima Bilan "Ford Mustang" markalı avtomobili ilə qəza keçirib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Moskvada Lenin prospektində olub.

Müğənninin maşını "Hyundai"la toqquşub. hadisə zamanı ciddi xəsarət alan olmayıb. Dima da özünü yaxşı hiss edir.

Qəzanı törətməkdə Dima təqsirli bilinib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırma aparıb. Müğənni günahını boynuna alıb.