Musiqi Festivalının açılışı oldu - Fotolar

Musiqi Festivalının açılışı oldu -  Fotolar
955 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

Axşam.az-ın məlumatına görə, festivalın açılışı SSRİ Xalq artisti, bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib.

Festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə 30-a yaxın tədbir keçiriləcək. Tədbirin ilk günü tamaşaçılara kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib.

Festival sentyabrın 28-dək davam edəcək.

Foto: Ramin ASLANOV