Tatlısəs və Hülya görüşdü - Fotolar

Tatlısəs və Hülya görüşdü -  Fotolar
1749 dəfə oxunub
  • A-
  • A
  • A+
İbrahim Tatlıses və Hülya Avşar bir araya gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hülyanın dəvətindən sonra Tatlısəs Ayvalıka gedib. İbrahim bu görüşlə bağlı xəbəri İnstaqramında paylaşıb.

"Bu gün Hülya xanımla çox gözəl bir gün keçirdik. Dəvət etdi, mən də durub getdim. Bir də mənə dadlı təamlar yedirdi. Ləzzət bəhanə idi, Hülyanın söhbətinə doymaq olmur. Bilən bilir Hülya xanımın gözəlliyi bir yana, şənliyi isə bir yana. Köhnə günləri xatırladıq, xatirələri yada saldıq. Qonaqpərvərliyin və dostluğun üçün təşəkkür edirəm, Hülya" deyə, Tatlısəs paylaşımında yazıb.