Fransanın caz qrupu Bakıda konsert verəcək

Fransanın caz qrupu Bakıda konsert verəcək
559 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın "Trio Initiatives" caz qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, konsert Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Jazz Festivalı çərçivəsində baş tutacaq.

Qrup oktybarın 20-də "Rotunda Jazz Club"da səhnəyə çıxacaq.

"Trio Initiatives" qrupu Jan-Kristof Şole (fortepiano), Qildas Boklen (kontrabas) və Simon Berniyeden (baraban) ibarətdir.

Qrup yazılı və improvizəli əsərlər səsləndirəcək.