"Anam dedi ki, övlad üzünə həsrət qalasan" - Bahar Lətifqızı

"Anam dedi ki, övlad üzünə həsrət qalasan" -  Bahar Lətifqızı
3981 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bahar Lətifqızı ATV-də yayımlanan “Gündən günə” proqramımın qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi uşaq evində böyüməsindən danışıb. Bahar anası ilə bağlı gözlənilməz açıqlama verib:

“Bir dəfə anama dedim ki, sən yaxşı ana olsaydın, məni uşaq evinə qoymazdın. Qardaşımı qoymuşdu. Anamda epilepsiya xəstəliyi var. Ayağı, qolu və gözü şikəstdir. O, mənə cavab vermədi, ürəyi getdi. Su filan verdik, özünə gəldi. Anam ayılandan sonra mənə dedi ki, səni görüm övlad üzünə həsrət qalasan.

O qarğışdan sonra bir gün anamgilə getmişdim. O, kresloda oturmuşdu. Artıq 3-cü ailə həyatımı yaşayırdım. Tam səmimi olaraq danışıram. Dizlərimi yerə qoydum, ağladım və dedim ki, ana, bezmişəm, hərə bir söz deyir, mən övlad istəyirəm. Mənə elə bir dua et. Söylədim ki, sənin o sözün qulağımdan getmir. Ağlayaraq dedi ki, istəyirəm sənin kimi qızın olsun. İndi şükür Allaha, 2 övladım var”.