Həyat yoldaşı ilə illər sonra eyni səhnədə

Həyat yoldaşı ilə illər sonra eyni səhnədə
2167 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum sənətçi Cem Karacanın anım gecəsi keçirilib.

Axşam.az “Milliyet”ə istinadən məlumat verir ki, gecədə səhnə alanlardan biri də müğənni Özgün olub. O, Karacanın “Tamirci çırağı” adlı mahnısını ifa edib.

Gecənin ən maraqlı məqamı isə Özgünün mahnını həyat yoldaşı Nida Uğurlunun müşayiəti ilə oxuması olub. İfaçı konsertdə çəkilən fotonu İnstaqram hesabında “Bu gecə sevgilimlə eyni səhnədəyik” başlığı ilə paylaşıb.

Qeyd edək ki, cütlük ailəlidir və bir oğul övladı var.