Azərbaycan Prezidentinin sərəncamı ilə yüksək fəxri adlara layiq görülmüş incəsənət xadimlərinə Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən mükafatlar təqdim edilib.

Axşam.az xəbər verir ki, onlar sırasında Musiqili Teatrın 2 əməkdaşı – quruluşçu rəssam Nabat Səmədovaya “Əməkdar rəssam”, quruluşçu baletmeyester Yelena Ağayevaya isə “Əməkdar artist” fəxri adlarını təsdiq edən vəsiqələr verilib.

Musiqili Teatrın hər iki əməkdaşı onlara verilən fəxri ad üçün ölkə rəhbərliyinə və Mədəniyyət nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əməkdar rəssam Nabat uzun illər digər incəsənət qurumlarında çalışsa da, son dövr yaradıcılığı Musiqili Teatrla sıx bağlı olub. Yеlеnа Аğаyеvа da bütün ömrünü həyat yoldaşı, Musiqili Teatrın baş baletmeyesteri, Əməkdar artist Zakir Ağayevlə bərabər teatra  bağlayıb.





                 

Digər Xəbərlər