Cessika Simpson üçüncü dəfə ana olma xəbərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı müğənni sevənlərindən yüzlərlə təbrik mesajı alıb. Cessika böyüyən qarnının şəklini də sosial şəbəkədə yayıb.

Ailəyə yaxın olan mənbə bildirib ki, Simpson və əri Erik Consonun üçüncü uşağı qızdır.

"Uşaq ailəmizin sayını beşə qaldıracaq. Həyatımızdakı gözəl hadisə ilə bağlı xəbər yaymaqdan məmnunuq" deyə, ifaçı bildirib. 

Qeyd edək ki, Simpsonun 6 yaşlı qızı Maksvel və 5 yaşlı oğlu Eys var.





                 

Digər Xəbərlər