Xatirənin qısa ətəyi və açıq sinəsi - Fotolar

Xatirənin qısa ətəyi və açıq sinəsi -  Fotolar
9807 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam “Yaşıl Teatr”da solo konsert verib.

Axşam.az-ın məlumatına görə, gecə sənətçinin ifaları, açıqlamaları ilə yanaşı geyimləriylə də yadda qalıb.

Konsert boyunca Xatirə iki dəfə paltar dəyişib. O, əvvəlcə səhnəyə qısa, ətəyi süni xəzlə bəzədilən, arxası uzun şleyf olan libasla çıxıb. Külək əsdikcə qalxan tüklər Xatirənin paltarını daha da qısa göstərib.

Daha sonra isə sənətçi səhnəyə qara, aşağısı tüllə bəzədilən paltarla çıxıb. Bu libas isə sinə dekoltesi ilə diqqət çəkib.

X.İslamın hər iki geyimi məşhur moda evlərindən biri tərəfindən hazırlanıb. Onun sosial şəbəkədə yayılan görüntüləri tənqidsiz ötüşməyib. İzləyicilər Xatirənin hər iki libasının ona uyğun olmadığını yazıblar. Bir çoxları paltarların düzgün tikilmədiyini bildirib. Bəziləri isə libasları sənətçinin bədən ölçüsünə yaraşdırmayıb.

Foto: İlqam CƏBİYEV