"Bir gün əvvəl dedi ki, sabah bu dünyadan köçəcəm" - Anarın anası

"Bir gün əvvəl dedi ki, sabah bu dünyadan köçəcəm" -  Anarın anası
2847 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum reper Anar Nağılbazın anası Şərqiyyə xanım və atası Rizvan Cəbiyev “Bizimləsən” verilişinə qatılıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin anası oğlu ilə bağlı danışaraq, göz yaşlarını saxlaya bilməyib:

“Ölümündən bir gün əvvəl gəlib məni qucaqladı, öpdü dedi ki, sabah mən bu dünyadan köçəcəm. Öldüyü gün isə səhər gəldi ki, “Ana, sənin oğlun Anar artıq olmayacaq”. Getdi, yenə gəldi ki, "Yadından çıxart, Anar olmayacaq". Dedim, elə demə, sənə gələn dərt mənə gəlsin. Bilsəydim ki, Anar öləcək, heç onu buraxmazdım”.

R.Cəbiyev isə oğlunun hər zaman problemli olduğunu söyləyib:

“Anar üçün istənilən yerə getməyə hazıram, çünki onun qədrini vaxtında bilmədim. Doğulduğu gündən xəstə idi. Qəfildən sudurqa tuturdu, həkimə çatdırmasaq ölərdi. Həkim demişdi ki, iki il yaşayacaq. Amma onun problemini həll etdim və yaşadı. Sonra başqa problemlər yarandı. Anar anadan olan gündən istedadlı olub. Son iki il idi narkotikdən istifadə etmirdi. Amma Anar hər gün içirdi. Deyirdi, içməsəm, bu dünyada qala bilmərəm. Yaşıya bilmirdi, o qədər incimişdi ki... Onun sevgiyə ehtiyacı var idi. Sevgiyə həsrət idi. Həkim dedi ki, bunun başqa dərdi yoxdur, sevməlidir və sevilməlidir. Bu tək qadın sevgisi deyil. İnsanların sevgisidir bu... Bir gün əvvəl demişdi ki, "Mən öləcəm və sübut edəcən ki, heç bir günahım yoxdur". Onu sosial şəbəkələrdə çox qınadılar”.