Hadisənin bacıları ilə davası bitmək bilmir

Hadisənin bacıları ilə davası bitmək bilmir
1515 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Hadisə anasının intihara cəhd etməsindən sonra bacıları ilə əlaqələrini kəsmişdi.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müğənninin bacısı Hülya Açıkgöz açıqlamasında “Hadisə ilə problemlərimiz var. Zamanla həll olunacaq. Bizim ailəmiz ayrıla bilməz” sözlərini demişdi. Lakin sənətçi bacısının onunla iş birliyindən haqsız qazanc əldə etdiyini bildirərək məhkəməyə baş vurmuşdu.

Aradan 1,5 ay zaman keçməsinə baxmayaraq ikili arasındakı gərginlik azalmayıb. Belə ki, ötən gün bacıların İnstaqramda mübahisəsi düşüb. Hülyanın yazdığı “İntiqam çox şirin kəlmədir, sən necə düşünürsən” sözlərinə Hadisə “Yox, mən çox tənbələm. Burada oturub sənin məhv olmağını gözləyəcəm” cavabını yazıb. Çox keçmədən Hülya paylaşım edərək “Gözlə gör nələr edəcəm. Təkcə sosial media həyatın qalacaq. Necə də pis hekayədir” sözlərini qeyd edib.

Tənqidlərə məruz qalan ikili sonradan yazdıqlarını silmək məcburiyyətində qalıblar.