Ebru Gündeş ikinci dəfə ana olmaq üçün əriylə görüşür

Ebru Gündeş ikinci dəfə ana olmaq üçün əriylə görüşür
7245 dəfə oxunub
  • A-
  • A
  • A+

Ebru Gündeşin 2 ildən sonra ilk dəfə ABŞ-da həbsdə olan əri Rza Zərrabı görməyə getməsi günlərdir gündəmdən düşmür.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 7-də baş tutan ilk görüşdən sonra müğənni yenidən ərinin yanına yollanıb. Bu günlərdə isə Ebru yenə Amerikadadır və ərinin yanına gedib.

Deyilənə görə, Gündeş yenidən ana olmaq istəyir. Həkimlərlə tez-tez görüşən və müalicə alan müğənni əriylə də buna görə görüşür. Əslən Cənubi Azərbaycandan olan iş adamı Rza da ikinci uşağı istəyir.

Qeyd edək ki, Rza ötən günlərdə Nyu-Yorkda bir restoranda xanımla görüntülənib. Daha sonra Zərrabın görüntüləndiyi qadının Ebru Gündeşin rəfiqəsi Ayşegül Akgün olduğu öyrənilib.

Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq, maliyyə saxtakarlığı, dələduzluq maddələri ilə mühakimə olunur. İş adamının məhkəməsi davam edir.