“Oğlumu Anjelika öldürdü” - Nağılbazın atası

“Oğlumu Anjelika öldürdü” -  Nağılbazın atası
3257 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Səhər-səhər” verilişinin komandası mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevi nəvələri ilə görüşdürüb. 

Axşam.az-ın məlumatına görə, R.Cəbiyev bundan sonra hər zaman nəvələri ilə yan-yana olacağını və əlindən gələn köməyi əsirgəməcəyini dilə gətirib:

“Bundan sonra onların arxasındayam. Nəvələrim mənim üçün Anar Nağılbazın ən böyük əsəridir. Anarla bağlı olan hər şey mənim səsimi titrədir, gözlərimi yaşardır. Ona görə məni çox danışdırmayın.
 
Anjelika ilə bizim ulduzumuz barışmaz. O bizə böyük dağ çəkdi. Anası bu gün də ağlaya-ağlaya deyir ki, Anarı o öldürdü. Birbaşa tapança, bıçaq və ya zəhərlə öldürməsə də, həyatına zəhər qatıb öldürdü”.