Castin Biberin evlənməsi təsdiqləndi - Fotolar

Castin Biberin evlənməsi təsdiqləndi - Fotolar
1888 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Alek Bolduin qardaşı qızı Heyli Bolduinin müğənni Castin Biberlə evləndiyini təsdiqləyib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı ulduz cütlüyün toy xəbərinin doğru olduğunu vurğulayıb.

"Bəli, onlar gizlin evlənib. Heç kimə qulaq asmadılar. Yəqin Heylinin atasında, Stefanda toydan bəzi şəkilllər də var".

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl 24 yaşlı modellə 26 yaşlı müğənni nikah haqqında şəhadətnamə verilən məhkəmə binasından çıxarkən görüntüləniblər. Onların rəsmi nikah bağlanması barədə xəbər yayılsa da, sonradan Heyli instaqram səhifəsində məlumatın yalan olduğunu qeyd edib.