Burakdan sonra daha bir məşhur “Ertuğrul”a daxil oldu - Foto

Burakdan sonra daha bir məşhur “Ertuğrul”a daxil oldu - Foto
3329 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər bölümü fərqli bir həyəcana səbəb olan "TRT1"in reytinqli serialı "Diriliş Ertuğrul"da yeni mövsümdə daha bir məşhur rol alacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Ertuğrulun bu sezon sevgilisi Zeydan rolunda oynayacaq aktrisa Hande Soraldır.

Belə ki, bu mövsüm Ertuğrul “ölən” həyat yoldaşının yerinə can düşməninin bacısı Zeydana aşiq olacaq.

Ekran işi oktyabr ayında yeni sezona başlayacaq.

Qeyd edək ki, yeni mövsümdə serialda tamaşaçılar aktyor Burak Özçiviti də görəcəklər. O, Osman Qazi obrazını canlandıracaq.

Qeyd edək ki, “Diriliş Ertuğrul”da 1258-ci ildə Ertuğrulun dünyaya gələn sonuncu oğlu Osman onun ən ağıllı uşağıdır. 1280-ci ildə Ertuğrulun ölümü ilə taxta Osman Bəy keçir və Osmanlı İmperiyasının qurucu padşahı olur.

Xatırladaq ki, yeni sezondan Ertuğrul obrazını canlandıran aktyor Engin Altan Düzyatan serialdan ayrılmış olacaq.