Qubalı qardaşlar bu dəfə Kolumbiyada - Video

Qubalı qardaşlar bu dəfə Kolumbiyada -  Video
1164 dəfə oxunub
  • A-
  • A
  • A+

Adı “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvan Laçın Abdulhüseynov və qardaşı Hüseyn bu dəfə Kolumbiyaya yollanıblar.

Axşam.az-ın məlumatına görə, qardaşlar “Karakal” telekanalında yayımlanan “Festival İnternational del humor 2018” proqramına qatılıblar. “Azeri brothers” adı ilə çıxış edən qardaşlar şouları ilə hər kəsi yenə heyrətləndiriblər.

Kolumbiyada lentə alınan veriliş 4 ay sonra yayımlanacaq.

Qeyd edək ki, qardaşlar bundan əvvəl Amerika, Ukrayna, Gürcüstan, Rusiya, Türkiyədə verilişlərə qatılıblar.