Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı iş adamı, jurnalist Sevil Əliyevanın həyat yoldaşı Etimad İsmayılovun cənazəsi dünən Bakıya gətirilib.

Axşam.az-ın məlumatına görə, iş adamı ilə vida mərasimi keçirilib. Nardaranda bağ evində baş tutan mərasimdən sonra mərhumun cənazəsi dəfn edilmək üçün qəbiristanlığa aparılıb.

E.İsmayılov Nardaran qəbiristanlığında dəfn olunacaq. Yas mərasimində ölkənin tanınmış şəxsləri də iştirak edirlər.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

 
 
 


                 

Digər Xəbərlər