Tolik: "Diva"nın ad günündə karnaval olacaq”

Tolik: "Diva"nın ad günündə karnaval olacaq”
2363 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tolik xalq artisti Aygün Kazımovanın ad gününə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, Tolik həmin gün karnaval keçirəcəyini bildirib:

“Ad günündə karnaval parti təşkil edəcəm. Bütün şou-biznes nümayəndələrinə tapşırılacaq, özlərini hansı obrazda görürlərsə, o geyimdə gəlsinlər. Yəni bu, maskarad kimi bir gecədir. Tədbirin baş tutacağı məkanda dizayn da fərqlidir. Hazırda Tailanddayam. Bakıya qayıdandan sonra məkanı dəqiqləşdirəcəyəm. Bütün təşkilatçılıq işləri ilə özüm məşğulam”. A. Kazımovaya hazırladığı hədiyyədən danışan Tolik ona sürpriz hazırladığını deyib: “Mənim hədiyyəm fərqli olacaq. Onu isə hamı ancaq ad günündə görəcək.
Bir də tədbir pərəstişkarlar üçün deyil. Burada ancaq Aygün xanımın sənət dostları və yaxınları iştirak edəcəklər”.

Qeyd edək ki, xalq artistinin ad günü yanvarın 26-da baş tutacaq.