Meladze Gürcüstanda ev alır

Meladze Gürcüstanda ev alır
526 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Valeriy Meladze Gürcüstanda ev almaq qərarına gəlib.

Axşam.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, sənətçi övladlarının gürcü vətəndaşı olmasını istəyir. Qaydalara görə, bu ölkənin vətəndaşı olmaq üçün ya dövlətin hesabına 300 min avro yatırım etməlisən, ya da ev almalısan.

Meladze eyni zamanda Batumidə Gürcüstanın mədəniyyətinə həsr olunan beynəlxalq festival keçirməyi planlaşdırır. Tədbir 2019-cu ilin avqust ayı üçün nəzərdə tutulub. Müğənni bununla bağlı mədəniyyət nazirinə müraciət edib.

Qeyd edək ki, Meladze 1965-ci ildə Batumidə doğulub. Avqustun 15-dən etibarən Gürcüstanda “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik edilib. Belə ki, Gürcüstanda anadan olub başqa ölkələrdə yaşayanlar vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət edə bilərlər.