Musiqiçisindən Beyonsla bağlı iddia: "Qara magiya ilə məşğuldur"

Musiqiçisindən Beyonsla bağlı iddia:  "Qara magiya ilə məşğuldur"
1284 dəfə oxunub
  • A-
  • A
  • A+

37 yaşlı Beyons Avropa turnesini davam etdirdiyi ərəfədə adı qalmaqallardan düşmür.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının musiqiçi truppasında əvvəllər çalışan baraban ifaçısı onunla bağlı qalmaqallı açıqlama verib.

Kimberli Tompson 7 il çalışdığı Beyonsu məhkəməyə verib. O, müğənninin öz işçilərinə qarşı qara magiya etdirdiyini iddia edib. Kimberli deyib ki, onun reper əri Cey Zi də falçı köməkliyi ilə işlərini və maddi durumunu idarə edir.

Tompson hətta Beyonsun seksual təcavüzlər etdiyini də söyləyib. O, hətta qurbanlar verməkdən çəkinməyib, onun pişiyinin başını kəsib.

Tompson Beyonsla çalışmasa da, hələ qara magiyanın ona təsiri olduğunu deyib. Məhkəmə baraban ifaçısının musiqiçiyə qarşı iddiasını rədd edib. Beyons da bunla bağlı suallara cavab verməmək qərarına gəlib.