Keçdiyimiz günlərdə "Cosmopolitan" dərgisinin üz qabığı üçün kamera qarşısına keçən böyük bədən model Tess Holiday sosial media hesabında yeni foto paylaşıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı modelin ayna qarşısında çəkdirdiyi şəkli müzakirələrə səbəb olub. İzləyicilərdən başqa, hətta məşhurlar belə onun fotosunu topa tutublar.

Tanınmış aparıcı Piers Morqan Tessin fotosunun altına yazıb:

"Bu çok üzücüdür. Onun daha dürüst davranacaq, təhlükəli çəkiyə sahib olduğunu söyləyəcək əsl dosta ehtiyacı var. Bununla bağlı nəsə etməlidir".

Qeyd edək ki, yuxarıda adı çəkilən jurnal üçün fotosessiya etdirən zaman da Holiday çəkisi ilə bağlı tənqidlərlə üzləşmişdi.
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər