İnsanoğlu həmişə müzakirə etməyə bir şey tapır. Hətta dünyaca məşhur insanların həyat yoldaşı belə onların diqqətindən yayınmır.

Axşam.az xarici mediaya istinadən evləndikləri gündən bu günədək həyat yoldaşları baxımından daim tənqidlərə məruz qalan 5 məşhur cütlüyü təqdim edir:

Aktyor Haq Cakman və həyat yoldaşı Deborra Li Förnes - Haq xanımından 13 yaş kiçikdir. Amma buna baxmayaraq 20 ildir onunla birlikdədir və xoşbəxt olduğunu bildirir. İnsanlar isə onları bir-birinə yaraşdırmayaraq daim fotolarının altına "Debora elə bil anadır" kimi şərhlər yazırlar.



"Ceym Bond" kimi tanınan aktyor Piers Brosnan və həyat yoldaşı, jurnalist Kili Şay Smis - onlar da cütlük olaraq bir-birlərinə yaraşdırılmasalar belə, evləndilər və 2 övladları var.



Aktyor Haq Lauri və həyat yoldaşı Co Qrin - 80-ci illərdə tanış olublar. Bir müddət sevgili qaldıqdan sonra münasibətlərini rəsmiləşdiriblər. Cütlüyün 3 uşağı var.



Boksçu Vladimir Kliçko və həyat yoldaşı Hayden Panettier - boyları uyğun gəlməyən cütlük heç kimin fikrinə əhəmiyyət verməyərək ailə qurdu. Hazırda bir övladı olan Vladimir və Hayden çox xoşbəxtdirlər.



"Facebook" yaradıcısı Mark Zukerberq və həyat yoldaşı Priscilla - heç kim onların ailə quracağına inanmasa da, amma cütlük bunu etdi və 2 övlad sahibidir.



                 

Digər Xəbərlər