Müğənni Demet Akalın qızı Hira ilə birgə yaşamaq üçün yeni ev axtarır.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, bir neçə gün əvvəl sənətçinin evini su basmışdı və o, bütün əşyalarının lazımsız hala düşdüyünü demişdi. İfaçı yeni evi də Beykoz ərazisində axtarır.

Xatırladaq ki, keçmiş həyat yoldaşı Okan Kurtun borclarına görə, Demetin evi müsadirə olunmuşdu. Bir çox əşyaları götürülən müğənni keçmişə aid bütün xatirələri silmək istədiyini deyib və evini də bunun üçün dəyişdirdiyini vurğulayıb.

 



                 

Digər Xəbərlər