Bu gün Xəzər TV-nin yaxınlığındakı, elə "Xəzər" adlı kafedə yanğın baş verib.

Axşam.az-ın məlumatına görə, yanğın zamanı telekanalın işçilərindən bəzilərinin avtomobili də yaxınlıqda olub. Onlardan biri də aparıcı-aşpaz Ağakərim Əbülfəzoğlu olub.

O, bu haqda İnstaqram səhifəsində yazıb. Aparıcı bildirib ki, maşınına ziyan dəyməyib:

"Allah heç kəsə pis xəbərlər, görüntülər göstərməsin. Efir bitən kimi həmkarlarımdan eşitdiyim "Ağa, maşının alov içərisindədir" sözü məni yaman şoka saldı. Necə qaçdım o maşını sürüb kənarlaşdırdım, nə hisslər keçirtdim onu bir Allah bilir. Allah hər kəsə kömək olsun".

Ağakərim daha sonra ona bununla bağlı ünvanlanan suallara "Şükür Allaha, məndə hər şey yaxşıdır. Amma kanalımızın yanında obyekt yanıb kül oldu" cavabını verib.


                 

Digər Xəbərlər