Mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində oranın mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb.

Axşam.az xəbər verir ki, görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə olunub.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən, teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılıb.



                 

Digər Xəbərlər