“Aktrisalıq seçdiyim və sevdiyim peşədir. Amma oradan aldığım maaşa dolana bilmirəm. Bu pul mənim heç nəyimə çatmır. Alternativ iş axtarıram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Zümrüd Qasımova “Space” radioda qonaq olarkən deyib. O, veriliş aparmamasının və seriallara çəkilməməsinin səbəbini açıqlayıb:

“İndi aktyorlar seriallara çəkilib pul qazanırlar. Məni teatda çalışmağa heç kim məcbur etmir, amma bunsuz yaşaya bilmərəm. Efirdə olmadan yaşıya bilərəm, amma teatrsız yox. Zəmanənin təlabatı budur. Demirəm ki, dəvət etmirlər. Sadəcə seçimim başqa cürdür. Ona görə çəkilmirəm, veriliş aparmıram. Əgər simamı istifadə edirəmsə, yaxşı qonorar almalıyam. Hazırda efirlərdə maraqlı, baxımlı verilişlər var. Eləsi də var ki, baxmıram, buna enerjim yoxdur”.



                 

Digər Xəbərlər