Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “Bizimləsən” proqramını tənqid edib.

Axşam.az-ın məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışdığını vurğulayıb. O bildirib ki, aktrisanın efirə çıxarılması düzgün deyil:

“Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.



                 

Digər Xəbərlər