Rejissor Tolqa Karaçelik və “Kelebekler” filmində rol alan Tuğçe Altuğ ailə qurub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün nikahı Bozcaada olub. Tolqa və Tuğçe uzun müddətdir davam edən münasibətlərini evliliklə davam etdriblər.

Rejissor hələ yanvarda mükafat aldığı tədbirdə "Gələcək həyat yoldaşım Tuğçeyə də təşəkkür edirəm. Ona bir həftə əvvəl evlənmə təklif etdim. Razılaşdı..." sözlərini demişdi.



                 

Digər Xəbərlər