Oktyabrın 6-da "Elektra Events Hall”da yerli şou-biznes ulduzlarının iştirakı ilə Ultra Musiqi Festivalı adlı əyləncə gecəsi keçiriləcək.

Axşam.az xəbər verir ki, proqramda müğənnilər Röya Ayxan, Murad Arif, reperlər Rauf Əhmədov, Ramil Nabran, Nadir Nağd Pul, Okaber və Fearless çıxış edəcək. Biletlərin qiyməti 30-100 manat arası dəyişir.

Biletləri şəhərin bütün kassalarından - “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. Festival saat 19:00-da başlanacaq.

Əlaqə nömrələri: (050) 880 40 93, (070) 829 02 43, (050) 518 70 36



                 

Digər Xəbərlər