Xəbər verdiyimiz kimi, aktrisa Demet Özdemir və Seçkin Özdemirin ayrılıq xəbəri yayılıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Demet ayrılığı doğrulayıb və səbəbini açıqlayıb. Belə ki, o, ilk addımı Seçkinin atdığını deyib. Aktyor aktrisanın işlərinə görə, ona zaman ayırmamasını iddia edib.

Bir neçə gün əvvəl valideynlərini tanış edən ikili artıq sosial media hesablarından bir-birini izləmədən çıxarıb və birlikdə çəkilən bütün fotoları silib.

Qeyd edək ki, cütlük 2019-cu ildə nişanlanmağı, 2020-ci ildə ailə qurmağı planlaşdırırdı.


                 

Digər Xəbərlər