Xalq artistinin 65 yaşı qeyd ediləcək

Xalq artistinin 65 yaşı qeyd ediləcək
1224 dəfə oxunub
  • A-
  • A
  • A+
Mart ayında Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti İlham Namiq Kamalın 65 illik yubileyi qeyd olunacaq.

Lent.az-ın məlumatına görə, tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söz açılacaq, teatrda və kinoda yaratdığı obrazlar nümayiş olunacaq.

Qeyd edək ki, İlham Namiq Kamal 1966-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. Burada o, görkəmli sənətkarlarımız - Adil İsgəndərov və Rza Təhmasibin kursunda təhsil alıb. Sənətkar 1993-cü ildə “İlham” Miniatür Teatrını yaradıb. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.