Türkiyənin ən çox gəliri olan aktyorlarından Burak Özçivitə 2,5 milyon lirə dəyərində təklif gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əgər qəbul edərsə, o, Qətərdə açılacaq “Al Buraq” adlı otelin siması olacaq. Oynadığı serial və filmlərlə yanaşı reklamlara da çəkilən aktyora təklifi ərəb iş adamlarından biri edib.

Əlavə olaraq Burakın alış-veriş mərkəzlərindən birinin də siması olacağı deyilir. Aktyor bu iş birliyindən də 5 milyon türk lirəsi qazanacaq.


                 

Digər Xəbərlər