Aktrisa Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu verilişlərdən birinə qonaq olub.

Axşam.az-ın “Milliyet”ə istinadən xəbərinə görə, o, bir neçə açıqlama verib və dostlarından bəziləri ilə əlaqələrini kəsdiyini deyib:

“Hülya ilə ailə quranda çox əyləncəli qadın idi. Sonra qızımız dünyaya gəldi və bütün vaxtını ona ayırdı. Ardınca da iş həyatına başladı. Münasibətimiz zamanla soyudu. Ayrıldıqdan sonra onunla daha yaxın olmuşuq. Bilsəm, daha tez ayrılardım.

Boşandıqdan sonra xəbər tutdum ki, mənim yaxın dostlarımdan bir neçəsi Hülya ilə görüşmək istəyib. Bilən kimi onlarla əlaqələrimi kəsdim. Düşündüm ki, yəqin mən evil olanda da gözləri arvadımda olub”.

Xatırladaq ki, Hülya Avşar və Kaya Çilingiroğlu 1997-ci ildə ailə qurub, 8 il sonra boşanıb. Onların bu evlilikdən Zəhra adlı övladı var.



                 

Digər Xəbərlər