Müğənni Tarkan hər il sentyabr ayında verdiyi 10 günlük konsertdən imtina edib.

Axşam.az “Milliyet”ə istinadən məlumat verir ki, o, yeni doğulan qızı Liya ilə daha çox zaman keçirmək istədiyini deyib. Bu aralar çox vaxt Almaniyada olan Tarkanın konsert verəcəyini gözləyən izləyiciləri onun bu addımını tənqid edib.

Müğənni isə qərarının dəyişməyəcəyini deyib. O, hətta musiqiçilərinin konsertdən əldə edəcəyi qazancı da ödəyib.


                 

Digər Xəbərlər