Türkiyəli aparıcı Beyazıt Öztürk ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.

Axşam.az “Posta”ya istinadən məlumat verir ki, aparıcının xeyli arıqlaması diqqətdən qaçmayıb. Jurnalistlərin çəki atması ilə bağlı verdiyi suallara o, belə cavab verib:

“Yediklərimə diqqət etdim, idmanla məşğul oldum. 3 aya yaxın müddət ərzində 12 kiloqram arıqladım. Mövsümə hazıram”.

Qeyd edək ki, Beyaz bu mövsümdən “O səs Türkiyə”də münsiflik edəcək.



                 

Digər Xəbərlər