Musiqiçilər şadlıq saraylarının verdiyi puldan narazıdırlar

Musiqiçilər şadlıq saraylarının verdiyi puldan narazıdırlar
1254 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqiçilər şadlıq saraylarından narazıdır. Onlar ödənilən pulun artırılmasını istəyirlər. Hazırda əksər restoranlarda müxtəlif musiqi alətlərinin ifaçılarına hər toya görə 20 manat pul verilir. Onlar isə bu məbləğin 50 manata qaldırılmasını istəyir. Əks halda toylara getməyəcəklərini bildiriblər.

Axşam.az "Xəzər Xəbər"ə istinadən məlumat verir ki, toylarda restoranlarla əməkdaşlıq edən musiqiçilər maaşlarının azlığından narahatdırlar.

Musiqiçilər deyir ki, hazırda verilən maaş onların heç bir tələbatını ödəmir. Bir sözlə çəkdikləri əziyyətə dəymir. Bunun qarşısını almaq məqsədilə musiqiçilər bir araya gələrək qrup yaradıblar. Onlar hazırki maaşla toya getməyəcəklərini qərarlaşdırıblar. Musiqiçilərin sözlərinə görə kiməsə toya aşağı qiymətə getməyi qadağan etmək mümkün deyil. Onlar bu təkliflərinin şadlıq evləri tərəfindən nəzərə alınacağınaümid edirlər.

Məsələ ilə bağlı bir neçə restoranla əlaqə saxladıq. Bildirildi ki, musiqiçilərin maaşı menyudan asılı olaraq 20 -50 manat arasında dəyişir. Qeyd edilib ki, musiqiçilərin təklifinə restoranların müsbət yanaşacağı inandırıcı görünmür. Razılıq verən restoranlar isə menyunun qiymətini 2-3 manata qədər bahalaşdıra bilərlər, yaxud da musiqiçilərin maaşlarının toy sahibi tərəfindən ödənilməsi təklif ediləcək.