Aslı Enver evli kişi ilə eşq yaşaması xəbərindən danışdı

Aslı Enver evli kişi ilə eşq yaşaması xəbərindən danışdı
4635 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl müğənni Murad Bozdan ayrılan aktrisa Aslı Enver haqda yeni iddia ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslının evli bir kişi ilə eşq yaşadığı deyilir.

Xəbəri eşidən aktrisa buna göz yummayıb və susqunluğunu pozub. O, İnstaqram hesabında haqqında yayılan iddia ilə bağlı bunları yazıb:

"Bu günə qədər doğru olmayan, çirkin iddialarla dolu, ayrılıq səbəbi kimi göstərilən heç bir xəbər haqqında açıqlama vermədim. Amma evli və uşaqlı kişilərlə adımı hallandıraraq xəbərlərin yayılması mənə də, ailəmə də çox pis təsir edir. Bu xəbəri ortaya atan İnstaqram hesabı və jurnalist ilə hüquqi müstəvidə danışacağıq. Bundan sonra da haqqımda çıxan əsassız xəbərlərlə bağlı hüquqi haqqımı istifadə edəcəm".