Moskvada P.İ.Çaykovski adına Konsert zalında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək diqqətə çatdırıb ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir.

Vurğulanıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Rusiyanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin, mədəniyyətə münasibətimizin vəhdətinin təsdiqi kimi qalacaqdır.

Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanov çıxışında dahi bəstəkarın geniş yaradıcılıq diapazonuna diqqət yetirib.

Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bəstəkarın yüksək insani keyfiyyətlərindən söz açıb.

Konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunub.





                 

Digər Xəbərlər