Demet izləyicisinə söydü

Demet izləyicisinə söydü
1667 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Demet Akalım İnstaqram hesabında izləyicilərindən birini təhqir edib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, bir müddət əvvəl boşanan müğənni paylaşımlarından birinin şərh hissəsində tənqidlərə məruz qalıb. Belə ki, izləyicilərindən biri ifaçıya bu sözləri yazıb:

“Bir mahnısını yaxşı oxuyur. Digərləri yaxşı deyil. Səsi də gözəl deyil. Artıq əvvəlki halından fərqlənir. Həm də yaşlanıb”.

Bu sözlərdən sonra sənətçi izləyicisini təhqir edib. Bəziləri Demetin bu addımını tənqid atəşinə tutsa da, bəziləri də ona haqq qazandırıb.