Tünzaləyə pul göndərən məşhurların adı efirdə açıqlandı - Video+Foto

Tünzaləyə pul göndərən məşhurların adı efirdə açıqlandı - Video+Foto
13777 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV kanalında yayımlanan “Bizimləsən” verilişinə kömək üçün müraciət edən xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün məşhurlar pul göndərib.

Axşam.az xəbər verir ki, proqramın aparıcısı Zaur Baxşəliyev həmin məbləği və göndərənlərin adını canlı yayımda açıqlayıb. Məlum olub ki, aktrisa üçün təxminən 15 min AZN pul yığılıb.

Yardımların elan edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi izləyicilər  100-200 manat pul göndərən xalq artistlərini qınasalar da, bəziləri heç kimin aktrisaya borcu olmadığını qeyd edib.

Xatırladaq ki, T.Əliyeva üçün məşhurlardan pul yığmaq ideyası bir neçə gün öncə müğənni Xatirə İslamdan gəlmişdi. O, özü bir-bir tanınmışlara zəng vuracağını və aktrisa üçün onlardan pul yığacağını bildirmişdi.