"Hər şeyi İnstaqram korladı" - İzzət

"Hər şeyi İnstaqram korladı" -  İzzət
2145 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırzadə Nail Naiboğlunun “Stop” layihəsinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi müsahibə verib, sonra saytları qınayan həmkarlarından danışıb. O bildirib ki, qalmaqal yaradan bütün başlıqların günahkarı elə tanınmışlar özləridir:

“Heç kimin kiminsə şəxsi həyatına qarışmağa ixtiyarı yoxdur. Saytlara müsahibəni verən elə müğənni özüdür. Sən danışanda elə düzgün danış, o sözləri demə. Onlar da həmin sözü götürüb başlıq qoymayacaqlar. İnsan var ki, heç yazının içini oxumur, başlığa baxır və nəticə çıxarır. Çalışıram ki, müsahibə verəndə diqqətli olum, ağzımdan səhv söz tutulmasın”.

İzzət uzun müddətdir gündəmdən uzaq qalmasının səbəbini açıqlayıb:

"Gəlirsən efirə cəmi iki mahnı oxuyursan. Ancaq qalmaqal, kiminsə həyatını müzakirə edirlər. Ona görə də dedim elə efirlərə çıxmasam yaxşıdır.

İndi verilən konsertlər tutmur. Çünki ancaq toyxana mahnıları oxuyurlar. Efirə çıxıb ancaq belə mahnı səsləndirirlər. Ona görə də onların konsertinə gələn olmur. Hər şeyi İnstaqram korladı. Yeyəndə də İnstaqrama qoyurlar, nə iş görür paylaşır. Əlçatmaz deyilsən, nə edir tamaşaçı səni? Hər yerdə varsan, görünürsən. Niyə tamaşaçı konsertə gəlməlidir ki?

1991-ci ildən efirə çıxırdım, 1993-cü ildə isə artıq məşhur idim. Xalq artisti var ki, xalq onu tanımır. İllərdir mən məşhurluğumu qoruyub saxlayıram. Çox şeyi itirdim, uşaqlığım, gəncliyim, cavanlığım sənətə görə getdi. Evdə oğullarım oxuyurlar, mahnılar əzbərləyirlər, səhnə düzəldirlər. Onlarla mübarizə aparıram, istəmirəm. Əlimdən gələni edəcəm ki, olmasınlar".