Aktyor qəzaya düşdü

Aktyor qəzaya düşdü
769 dəfə oxunub
  • A-
  • A
  • A+
“Payitaht Abdulhamid” adlı serialda “Emanuel Karasu” rolunu canlandıran Ali Nuri Türkoğlu qəza keçirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Üsküdarda baş verib. Alinin avtomobili ilk olaraq başqa avtomobilə, sonra isə ağaclara çırpılıb. Aktyor dərhal xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun sol ayağında qırıqlar var.