"Utanın, sizin də ananız, bacınız var..." - Səbinə

"Utanın, sizin də ananız, bacınız var..." -  Səbinə
3593 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə ötən həftə Azərbaycandan köçüb.

Axşam.az xəbər verir ki, Səbinə ünvanına deyilən tənqidlərdən yorulduğunu söyləyib:

"Allah həqiqətən də hər şeyi görür. Hərə bir ağızdan avaz dedi. Utanın... Bəzi şərhləri oxudum, doğrudan da düz edib getmişəm. Heyif, çox heyif... Utanın, sizin də ananız, bacınız, qız övladınız var. Sabahı necə olacaq bilirsiniz? Neçə gündür kənardan baxırdım. Üzüldüyüm tək vətənimdən uzaq olmuşam və sevdiklərimi az görməyimdir".

Qeyd edək ki, vizajist kimi fəaliyyət göstərən Səbinə oğlu Seyid Əli ilə birlikdə Türkiyəyə köçüb.