Kral ailəsində bu da oldu - İki kişi evləndi

Kral ailəsində bu da oldu -  İki kişi evləndi
2753 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə II Yelizaveta kral ailəsində ilk mavi toyunu edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadənin əmisi oğlu lord İvar Mauntbatten həmcinsi olan sevgilisi Ceyms Koyl ilə nikah masasına oturub. 

Mərasim şənbə günü baş tutub. Toyda kral ailəsinin 60 üzvü iştirak edib. Bəyi nikah masasına keçmiş həyat yoldaşı Penni gətirib. Bu nikahdan Mauntbattenin 3 övladı dünyaya gəlmişdi. 

İvan toy etməyə bu günə kimi evlənməyən 50 yaşlı Ceymsə görə razı olub. Toyda kral ailəsinin ənənələrinə əməl edilmiyib. Evlənən cütlük qara kostyum əvəzinə məxmər parçadan hazırlanan geyim seçiblər. II Yelizaveta isə toyda iştirak etməyib.

Mauntbatten qrafiniya Nadejda Mixaylova de Torbinin nəvəsidir.