Beyons və Cey Zi pərəstişkarına 100 min verdi

Beyons və Cey Zi pərəstişkarına 100 min verdi
1209 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya ulduzu Beyons və Cey Zi pərəstişkarına gözlənilməz sürpriz edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar təhsil alması üçün qıza 100 min dollar bağışlayıblar.

Mikeyla Louri adlı qız bu xəbəri dicey Khaleddən eşidib. Bunu eşidən Louri nə baş verdiyini əvvəlcə anlamayıb. O, eşitdiklərinə inanmadığını deyib.

Qızın sözlərinə görə, ailəsində təhsil alan ilk şəxs olacaq. Təhsilini tamamladıqdan sonra isə Mikeyla öz biznesini qurmağı planlaşdırır.