Oqtay Şirəliyevin qızı nazir təyin edildi

Oqtay Şirəliyevin qızı nazir təyin edildi
9101 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiyada yüksək vəzifəyə təyin edilib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva diyarının qubernatoru Andrey Vorobyev Şirəliyevanı Mədəniyyət naziri təyin edib. O, məlumatı region hökumətinin iclasında səsləndirib.

Qeyd edək ki, Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun fəaliyyəti dövründə əyalətdə bir sıra mədəniyyət tədbirləri və layihələr həyata keçirilib. Bundan başqa, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən Şirəliyeva müxtəlif kütləvi informasiya vasitələrində də işləyib. O, ingilis və fransız dillərində sərbəst danışır.

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyalı televiziya və kino rejissoru Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Qinsburq 2012-ci il yanvarın 15-də insultdan vəfat edib.